AZ | RU | EN
AZ | EN | RU

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR

Beynəlxalq təşkilatın mükafatı təqdim olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Konfederasiyanın zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynova Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley gümüş döş nişanını təqdim edib.
ARDINI OXU

AHİK-in V Məclisi keçirilib

Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı  məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.
ARDINI OXU

Bakıda “Gənclərin məşgulluğu və İş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin "Gənclərin məşğulluğu və İş dünyasının gələcəyi" mövzusunda beynəlxalq  konfransı öz işinə başlayıb. 
ARDINI OXU

Regionun mühüm nəqliyyat-logistika qovşağı

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Prezident İlham Əliyevin növbəti böyük uğurudur
ARDINI OXU

AHİK-də tələbələrə adlı təqaüdlər təqdim edilib

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  2016-2017-сi tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdü təqdim edilib.
ARDINI OXU

Əsas fəaliyyət işçilərin sosial-əmək mənafelərinin müdafiəsinə və həyat şəraitinin yaxşılaşdırılmasına həsr olunub

Oktyabrın 18-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilib.
ARDINI OXU

“Tərəfdaşlarla münasibətdə kollektiv müqavilələrin gücünə üstünlük verilib”

Oktyabrın 17-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının XIX konfransında hesabat məruzəsi ilə çıxış edən itttifaqın Respublika Komitəsinin sədri Rafiq İldarov deyib ki,  "Tərəfdaşlarımızla münasibətdə kollektiv müqavilələrin gücünə üstünlük vermişik. Bu sənədin kəsərli və səmərəli olmasını təmin etmək məqsədilə, hələ layihəsi hazırlanmamışdan əvvəl işəgötürənlərlə təbliğat işi aparmışıq. Onlara izah etmişik ki, kollektiv saziş və müqavilələr təkcə işçilərin layiqli əməyinin təmin olunmasına xidmət göstərmir. Onlar həm də işəgötürənə, bütövlükdə iqtisadiyyatımızın inkişafına, nəticə etibarilə dövlətimizə lazımdır. Dolğun, geniş, konkret öhdəliklər götürülmüş kollektiv saziş və müqavilələri tam yerinə yetirməklə sosial tərəfdaşlarımız da bizimlə birlikdə Respublika Prezidentinin sosial-iqtisadi, siyasi kursunun həyata keçirilməsinə töhfə vermiş olur".Respublika Komitəsinin sədri bildirib ki, təbliğatımız öz bəhrəsini verib. İşəgötürənlər də bizimlə, ilk təşkilatlarımızla birlikdə işçilərin mənafelərinə uyğun kollektiv saziş və müqavilələr bağlamaqda maraqlı oldular.
ARDINI OXU

Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqının IV qurultayı keçirilib

Oktyabrın 14-də keçirilən qurultayda Respublika Komitəsinin sədri Telman Quliyev hesabat məruzəsi ilə çıxış edib. 
ARDINI OXU

Həmkarlar ittifaqinin hesabat dövründəki fəaliyyətinin nəticələrinə yekun vuruldu

Okytabrın 12-də Metropoliten İşçilərinin Həmkarlar İttifaqının (MİHİ) IV hesabat-seçki konfransı keçirilib. 
ARDINI OXU

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XXV Konfransı keçirilib

Konfransı giriş sözü ilə açan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov rəyasət heyətinin üzvlərinin və konfransın işçi komissiyalarının yeni tərkiblərinin seçilməsini təklif edib. 
ARDINI OXU

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII hesabat-seçki konfransı keçirilib

Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII  konfransı keçirilib.
ARDINI OXU

AHİK-də beynəlxalq təhsil işçilərinin görüşü keçirilib

Oktyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransında iştirak edən Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Susan Floken, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Qalina Merkulova və digər xarici qonaqlarla görüşüb.
ARDINI OXU

FAYDALI KEÇİDLƏR