AZ | RU | EN
AZ | EN | RU

Səttar Möhbalıyev Beynəlxalq Təhsil Birliyinin və Türkiyə Həmkarlar İttifaqlarının nümayəndə heyətini qəbul edib

17 Feb 2020

Fevralın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev Bakıda işgüzar səfərdə olan Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Flokeni və Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qeyd edək ki, qonaqların Azərbaycana səfərində məqsəd Türk “Egitim-Sen”, “Egitim Bir-Sen” Həmkarlar İttifaqlarının Beynəlxalq Təhsil Birliyinə üzv qəbul edilməsi ilə bağlı müzakirələrin aparılmasıdır. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi bu prosesdə ev sahibi və vasitəçi kimi çıxış edir.

 Görüşdə S.Möhbalıyev qonaqları səmimi salamlayıb, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin(ATİAHİ) beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı əldə etdiyi uğurlardan, ATİAHİ Respublika Komitəsinin Beynəlxalq Təhsil Birliyi və Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyi ilə həyata keçirdiyi birgə layihələrdən danışıb. Bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2000-ci ildən Beynəlxalq Təhsil Birliyinin, 2006-cı ildən isə Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin üzvüdür. Hal-hazırda da əməkdaşlığımız yüksək səviyyədə davam etdirilir. Bizim beynəlxalq əlaqələrimizin inkişafında bu qurumların önəmli yeri vardır. Hazırda 50-dən artıq ölkə ilə əlaqələrimiz vardır.  ATİAHİ Respublika Komitəsinin sədr müavini Beynəlxalq Təhsil Birliyi İcraiyyə Komitəsinin üzvüdür. Birlik tərəfindən bizim ölkəmizdə də bir çox beynəlxalq seminarlar təşkil edilib.

AHİK sədri deyib ki, biz bu tədbirlər nəticəsində dünya həmkarlar ittifaqlarının həyatında baş verən hadisələri diqqətlə izləyirik, təcrübələrimizi artırırıq, əməkdaşlığımızı inkişaf etdiririk. Əminəm ki, bu səpkidə tədbirlərimiz davamlı olacaq. Bildirim ki, biz Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı olaraq Azərbaycanda və başqa ölkələrdə təşkil olunan tədbirlərdə donor kimi iştirak etməyə həmişə hazırıq. Belə seminarların keçirilməsinə bizim də ehtiyacımız vardır. Ümid edirəm ki, Beynəlxalq Təhsil Birliyinin İcraiyyə Komitəsi təkliflərimizi nəzərə alacaq və 2020-ci ilin iş planına daxil edəcəkdir.

Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Syuzan Floken öz çıxışında belə möhtəşəm əlaqələrin qurulmasında ev sahibliyi etdiyi üçün  AHİK rəhbərliyinə və Təhsil işçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürünü bildirib.Deyib ki, sizin Beynəlxalq Təhsil Birliyinə üzvlüyünüz bizim üçün də əlamətdardır. Bizim digər ölkələrlə əməkdaşlığımızda sizin təşkilatın əməyi danılmazdır. Belə ki, sizin qonşu ölkələrlə yüksək əlaqələrə malik olmağınız bizim üçün də geniş imkanlar yaradır. Məhz bu inkişafa görə şəxsən sizə minnətdarlığımızı bildirirəm.

Xanım S. Floken bildirib ki, biz sizin sayənizdə Türkiyəli tərəfdaşlarımızla tanış olduq. Düşünürəm ki, onlarla görüşüb əməkdaşlıq mövzularını müzakirə edəcəyik.
Azərbaycan bizim üçün çox önəmli ölkədir və düzgün qeyd etdiniz ki, əməkdaşlıq əlaqələrimiz hər iki tərəf üçün çox önəmlidir. Sizin təklifinizə cavab olaraq bildirim ki, bu ilin iş planına Azərbaycanla növbəti birgə tədbirimizin keçirilməsini əlavə edəcəyik. Ümidvaram ki, bu il Azərbaycanda növbəti mötəbər tədbirimizi təşkil edəcəyik.
Görüşdə həmçinin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqı Birliyinin və Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri Talip Geylan da çıxış edib.
Daha sonra bir sıra beynəlxalq məsələlər də müzakirə edilib.

FAYDALI KEÇİDLƏR