AZ | RU | EN
AZ | EN | RU

20 Yanvar faciəsi anıldı

15 Jan 2020

Hər il olduğu kimi, bu il də AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin təşkilatçılığı ilə “20 Yanvar faciəsi- tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib. 

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sahə həmkarlar ittifaqı komissiyalarının sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilən tədbirdə    20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Respublika    Komitəsinin və Mərkəzin sədri Cəmilə Səttarova deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Yüzlərlə vətəndaşımız öldürüldü, ağır xəsarət aldı, qanunsuz olaraq həbs edildi. Bu faciəni törətməkdə məqsəd Azərbaycan xalqının azadlıq ruhunu, istiqlaliyyəti uğrunda apardığı mübarizəni sındırmaq idi. Ancaq bu məqsədlərinə nail ola bilmədilər. 20 Yanvar təkcə faciə, matəm günü yox, eyni zamanda milli oyanış günü kimi tariximizə yazıldı.
20 Yanvar gecəsi törədilən cinayətləri ilk lənətləyən ümummilli lider Heydər Əliyev oldu. İmperiyanın paytaxtında yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gəlib dünyaya etiraz bəyanatı yaydı. İkinci dəfə hakimiyyətə gəldikdən sonra isə bu faciəyə onun təşəbbüsü ilə Milli Məclis tərəfindən siyasi qiymət verildi.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin HİK sədri Firuzə Məmmədova, Hİ Qobustan Rayon Komitəsinin sədri Leyla Sarıyeva və başqaları 20 Yanvar hadisələrindən və şəhidlərin xatirəsinin xalqımızın yaddaşına əbədi həkk olunması məqsədilə dövlətimizin gördüyü işlərdən danışdılar.

FAYDALI KEÇİDLƏR