AZ | RU | EN
AZ | EN | RU

ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin iclası keçirilib

07 Apr 2021

Aprelin 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin genişləndirilmiş onlayn iclası keçirilib. 

İclasa ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev sədrlik edib. İclasın gündəliyinə daxil olan məsələlər “ATİAHİ Respublika Komitəsinin 2020-ci ilə dair ümumi illik statistik hesabatı barədə”, “2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2020-2021-ci ilin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünün verilməsi barədə”, “2020-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2021-ci ilin II rübü üçün sanatoriya-kurort yollayışlarının bölgüsünün təsdiqi barədə” olub. Sədr iclasın gündəliyi ilə iştirakçılar tanış etdikdən sonra gündəlik səsə qoyularaq qəbul edilib.

Gündəlikdəki birinci məsələ ilə bağlı ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov mərzə edib. 2020-ci ilin yekunları ilə bağlı statistik məlumatları açıqlayan məruzəçi qeyd edib ki, ötən il ittifaq üzvlərinin sayında artım müşahidə olunub. Belə ki, 2021-ci il yanvar ayının 1-nə Respublika Komitəsinə təqdim edilən rəsmi statistik hesabatlara əsasən üzv təşkilatlarda işləyən və təhsil alan 389422  nəfərinin ittifaq üzvü olduğu qeyd edilib. 2020-ci ilin 1 yanvar tarixinə olan statistik hesabatda isə ittifaq üzvlərinin sayı 386591 nəfər göstərilib. Həmçinin 2020-ci ildə Respublika Komitəsinin xidmətində olan 5732 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə  müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv müqavilələr 296504 nəfər ittifaq üzvünü əhatə edib.

Gündəlikdəki ikinci məsələ ilə bağlı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə məruzə edib. Bildirib ki, 2020-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və Respublika Komitəsinə  ittifaq üzvlərindən maddi yardım, həmkarlar ittifaqı orqanının işi, əmək hüquqlarının müdafiəsi, yollayışların alınması, müxtəlif sosial xarakterli məsələlər: müavinət, xəstəlik vərəqəsinə görə ödəniş edilməsi, təqaüdün hesablanması, yataqxana ilə təminat və digər məsələlərlə əlaqədar ümumilikdə 49418 ərizə daxil olmuşdur ki, bunların da 48627-si müsbət həll edilib.

2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və Respublika Komitəsinə daxil olan ərizələrin ümumi sayı azalmışdır. Belə ki, 2019-cu ildə daxil olan müraciətlərin sayı  61309 olub.
2020-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına ittifaq üzvlərindən daxil olan müraciətlərin 44661-i maddi yardım, 4157-si sosial-iqtisadi məsələlər (yollayış, müavinət, yataqxana məsələləri və s.), 143-ü  həmkarlar ittifaqı orqanının işi, 720-si isə əmək hüquqlarının müdafiəsi ilə bağlı  olub.

Təhlil zamanı müəyyən edilib ki, il ərzində maddi yardımla əlaqədar daxil olmuş 44661 ərizədən 44398-i, sosial-iqtisadi məsələlərlə bağlı daxil olmuş 4157 ərizədən 2077-si, həmkarlar ittifaqı orqanlarının işi ilə əlaqədar daxil olmuş 143 ərizədən 127-si müsbət həll edilib.

2020-ci ildə əmək hüquqlarının müdafiəsi ilə əlaqədar 720 ərizə daxil olmuşdur ki, onlardan da 665-i müsbət həll edilib. Həmçinin daxil olan ərizələrin 60-ı işə bərpa ilə bağlı olmuş və onlardan 25 nəfər ittifaq üzvü öz əvvəlki işinə bərpa edilib.
Gündəliyin üçüncü məsələsi ilə bağlı da Respublika Komitəsinin sədr müavini M.Cəfərzadə məlumat vermiş, 2020-2021-ci ilin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı qərar qəbul edilib.

Gündəlikdəki növbəti məsələlərlə bağlı, “2020-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə” və “2021-ci ilin II rübü üçün sanatoriya-kurort yollayışlarının bölgüsünün təsdiqi barədə” məsələlərlə bağlı ATİAHİ Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov məlumat verib, müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda S.Möhbalıyev çıxış edərək Rəyasət Heyətinin üzvlərinə, eləcə də təşkilat sədrlərinə öz tövsiyələrini çatdırıb. Sədr qeyd edib ki, ittifaq üzvlərindən daxil olan hər bir müraciət həssas yanaşılmalıdır. Onları narahat edən problemlər həll edilməlidir.
Sədr həmçinin 44 günlük Zəfər Savaşı nəticəsində işğal altından azad edilmiş ərazilərin bərpa edilməsi, o ərazilərdə mövcud olmuş sanatoriya və istirahət mərkəzlərinin bərpası ilə bağlı məsələyə toxunaraq qeyd edib ki,  həmkarlar təşkilatları vəsaitlərindən qənaətlə istifadə etməli, Qarabağın bərpa edilməsinə öz töhfələrini verməli, bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətə dəstək olmalıyıq.

FAYDALI KEÇİDLƏR