AZ | RU | EN
AZ | EN | RU

Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı növbəti seminar keçirilib

11 Oct 2019

Oktyabrın 11-də Şamaxı şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda seminar keçirilib.

Seminarı açan AHİK-in katibi – Aparat rəhbəri Həsən Cəfərov seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib.
Həsən Cəfərov bildirib ki, Respublikamızda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şura Milli Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə görüşlər keçirib, Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar hazırlanıbdır. Azərbaycanın regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkə olduğunu vurğulayan H. Cəfərov qeyd edib ki. məhz buna görə də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkələr sırasına daxil olub.
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə edilən nailiyyətlər haqqında danışan AHİK-in şöbə müdiri N. Hüseynov, AHİK-in beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi R. Qarayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan hökumətinin ikinci milli könüllü hesabatı-əsas çağırışları barədə seminar iştirakçıları qarşısında çıxış ediblər.
Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Ə. Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının qarşısında duran əsas vəzifələri seminar iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında diskussiyalar keçirilib.
Seminarın işində Şamaxı şəhərinin və ətraf rayonların həmkarlar ittifaqı fəalları iştirak edib. 

FAYDALI KEÇİDLƏR