AZ | RU | EN
AZ | EN | RU

Dövlət qrumlarında çalışan aztəminatlı işçilərə yardımlar edilib

14 May 2020

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin xidməti sahəsinə daxil olan nazirlik, komitə və digər mərkəzi orqanların Birləşmiş həmkarlar itifaqı komitələri və ilk təşkilatları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edirlər.

Belə ki, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinin həmkarlar ittifaqı komitələri öz büdcələri hesabına xüsusi yardıma və qayğıya ehtiyacı olan 2120 aztəminatlı ailəyə ərzaq yardımı paylamış, 1079 nəfər həmkar üzvlünə maddi yardım vermiş, həmçinin iş yerlərində virusdan qorunmaq üçün ümumi sayı 21240 ədəd olan qoruyucu maska, əlcək, spirt və dezinfeksiyaedici maddələr almışdır. 

FAYDALI KEÇİDLƏR