AZ | RU | EN
AZ | EN | RU

FHN İşçilərinin Həmkarlar İttifaqı toplantı keçirib

24 Sep 2019

Sentyabrın 24-də Qəbələ şəhərində yerləşən Qafqaz Resort Hotelində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin aparatında, qurumlarında və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə toplantı keçirilib.

Toplantını giriş sözü ilə açan FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov rəhbərlik etdiyi həmkarlar ittifaqı tərəfindən 2019-ci ilin 9 aylığında görülən işlər haqda geniş hesabat məruzəsi ilə çıxış edib.
Natiq qeyd edərək bildirib ki, ötən hesabat dövrü ərzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti, müalicələri və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənliklər təşkil edilib, uşaqlara bayram hədiyyələri verilib.

Həmçinin, əlamətdar gün və peşə bayramlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş 212 nəfər ittifaq üzvü Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, FHN İşçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyi keçirilib. Eyni zamanda nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olunub. İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə İdman-sağlamlıq klubu ilə birgə nazirliyin qurumları arasında şahmat, çoxnövçülük, stolüstü tennis, mini-futbol, beşnövçülük üzrə çempionatlar keçirilib.

“Əvvəlki illərdə olduğu kimi bu ötən dövr ərzində ittifaqımızın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olmuşdur” deyən M.İsmayılov 9 may-Qələbə günü, Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin Ağdam rayonunda, cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsində və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bərdədə yerləşən N saylı hərbi hissəsində xidmət edən əsgərlərlə görüş keçirildiyini əsgərlərə xatirə hədiyyələri və bayram sovqatı verildiyini söyləyib.

Maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım edildiyini, həmçinin, İttifaq üzvlərinin istirahətlərinin təşkil edilməsi məqsədilə FHN İşçilərinin Həmkarlar İttifaqının yay aylarında Nabranda yerləşən “Orman” istirahət mərkəzində dəyərinin 20 faizini ödəməklə FHN işçilərinin Həmkarlar İttifaqının daxil olduğu ittifaq üzvü ailə üzvləri ilə birgə, istirahətə göndərilib. Sosial sığorta hesabına ailə üzvləri ilə birgə istirahət etmək üçün 8 nəfər ittifaq üzvümüzə Nabranda yerləşən “Xəzər” istirahər mərkəzinə, 2 nəfərə isə “Şahdağ” istirahət mərkəzinə yollayış verilib.

Həmkarlar ittifaqına müvafiq qaydada müraciət etmiş, səhhətində problemləri yaranmış üzvlərdən 83 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş”, “Şıx” və “Naftalan” sanatoriyalarında müalicə və istirahət üçün dəyərinin 15%-i ödəmək şərtilə yollayış verilib, bundan əlavə vətən qarşısında borcunu yerinə yetirərək döyüşmüş veteran işçilərimiz və maddi imkanı az olan işçilərimiz də unudulmamış, müvafiq yollayışlar pulsuz olaraq verilmişdir. İttifaqımızın büdcəsi hesabına 8 nəfər ittifaq üzvümüzə “Naftalan” sanatoriyasına yollayış təqdim olunub.
Hesabat məruzəsinin sonunda, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qeyd edib ki, üzvlərimizin təkcə əmək, sosial problemlərinin həlli ilə kifayətlənməyək, onların ailə üzvlərinin sağlamlığının qorunması, mədəni, mənəvi tələblərinin ödənilməsi qayğısına da qalaraq və bundan sonra da gündəlik fəaliyyətimizdə həmkarlar itifaqımız qarşında duran bütün vəzifələrin həllinə çalışacağıq.
Daha sonra ittifaqın 2019-cu ilin IV rübünün tədbirlər planı müzakirə olunub və müvafiq qərar qəbul edilib.
"> Yığıncağın sonunda 50 illik yubiley yaşı tamam olmuş FHN-in bir qrup əməkdaşına 50 illik əmək fəaliyyəti münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının Fəxri Fərmanları təqdim edilib.

FAYDALI KEÇİDLƏR