AZ | RU | EN
AZ | EN | RU

Kollektiv müqavilə imzalandı

02 Oct 2019

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhərində fəaliyyət göstərən rayon komitələri ilə 2019-2021-ci illər üçün kollektiv müqavilə imzalanıb

İmzalanma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin struktur bölmə rəhbərləri və Bakı şəhərinin rayonlar üzrə təhsil işçiləri həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Rəşad Tağıyev çıxışında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib.
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tərəflərin yenicə imzaladığı kollektiv müqavilənin şərtləri barədə ətraflı məlumat verib.
Sonra bu sənədin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində kollektiv müqavilənin əhəmiyyəti vurğulanıb.

FAYDALI KEÇİDLƏR