AZ | RU | EN
AZ | EN | RU

Qarabağ müharibəsi iştirakçıları daim diqqətimiz mərkəzindədir

13 Jan 2021

Azərbaycanla ermənistan arasında sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı böyük əzm və şücaət göstərərək döyüşmüş və qalib gəlmişdir. 

Müharibə başlanan gündən əhalinin bir çox hissəsi orduya könüllü olaraq yazılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasından da orduya könüllü olaraq yazılmış və səfərbərlik zamanı böyük ruh yüksəkliyi ilə döyüşlərdə iştirak etmiş əməkdaşlar olmuşdur. Əməkdaşların ailə üzvləri də döyüşlərdə iştirak etmiş, bəziləri yaralanmış, bəziləri şəhid olmuş və bəziləri də sağ-salamat ailələrinin yanına qayıtmışlar. Bu əməkdaşlara müharibə müddətində daim diqqət göstərilmiş və ailələrinə maddi yardımlar edilmişdir. Belə əməkdaşlarımızdan Radiasiya Problemləri İnstitutunun əməkdaşları Qəribov Ramin Qərib oğlunu və Mustafayev Samir Vahid oğlunu göstərmək olar. Belə ki, ordunun baş leytenantı Qəribov Ramin 21 sentyabrdan 30 dekabradək cəbhə bölgəsində Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı ağır yaralanmış, ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu qoyulmuşdur. Döyüşlərdə göstərdiyi şücaətə görə hərbi komandanlığın Fəxri fərmanı ilə təltif edilmişdir. Eyni zamanda İnstitutun əməkdaşı ordunun çavuşu-manqa komandiri Mustafayev Samir də 29 sentyabrdan 2 yanvar tarixinə kimi cəbhə bölgəsində olmuş, Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. AMEA-nın döyüşlərdə iştirak etmiş digər əməkdaşları kimi Radiasiya Problemləri İnstitutunun bu əməkdaşlarının da ailələrinə Həmkarlar Təşkilatı tərəfindən döyüşlərdə olduğu müddətdə 1.000 (min) AZN məbləğində maddi yardım edilmişdir. AMEA Azad Həmkarlar İttifaqı tərəfindən isə bu əməkdaşlara yanvar ayına Abşeron və Günəşli sanatoriyalarına pulsuz yollayışlar verilmişdir. Birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının sosial məsələlərinin həlli daim AMEA Azad Həmkarlar İttifaqının diqqət mərkəzindədir.

FAYDALI KEÇİDLƏR