“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qaliblərinə mükafatlandırılır
16 Dec 2020
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında 2019-cu ildə keçirilmiş Respublika baxış-müsabiqəsində “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının xidmətinə daxil olan 15 müəssisə iştirak etmişdir.
Müsabiqənin gedişi müddətində Federasiyanın texniki əmək
müfəttişi və əməyin mühafizəsi komissiyasının üzvləri həmin müəssisələrə
getmiş, vəziyyətlə maraqlanmış, materiallarla tanış olmuşlar. İlin sonunda 4 ən
yaxşı müəssisə qalib adına layiq görülmək üçün seçilmişdir. Sənədlər AHİK-in
İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilmişdir.
İcraiyyə Komitəsi baxış-müsabiqəyə təqdim edilmiş sənədlərlə
tanış olarkən müəssisədə bədbəxt hadisələrin baş verməməsi, kollektiv müqavilələrdə
əməyin mühafizəsinə dair bölmənin əhatəliyi, konkretliyi, təhlükəsiz əmək şəraiti
üçün ayrılan pul vəsaitinin həcmi və istiqaməti üzrə xərclənməsi və sair mühüm
məsələləri əsas götürmüşdür. Dörd müəssisənin göstəriciləri bu tələblərə tam
cavab verdi. Sənədlərdə göstərilir ki, qalib adına layiq görülmüş 4 müəssisədə
800-ə yaxın işçinin iş şəraiti yaxşılaşdırılmış, təhlükəsiz əməyi təmin
edilmişdir. Bundan ötrü müəssisə və təşkilatlar Əmək Məcəlləsinin 220-ci maddəsinin
tələblərinə uyğun olaraq, işçilərin illik əməkhaqqı fondunun 2 faizindən az
olmayaraq vəsait xərcləmişlər. Qalib müəssisələrin HİK-ləri iş planlarında əməyin
mühafizəsi üzrə məsələlərə mühüm yer ayırmışlar. İlin sonunda müəssisədə
yoxlama aparılmış, nəticələr geniş iclasda, işəgötürənlərin nümayəndələrinin
iştirakı ilə müzakirə edilib. Beynəlxalq həmkarlar ittifaqı hərəkatının təşəbbüsü
ilə “Layiqli əmək - ədalətli sosial iqtisadiyyata gedən yoldur” şüarı altında
keçirilən tədbirlərdə Federasiyanın aparat işçiləri və Məclis üzvləri də
iştirak etmişlər. Onlar mühazirələr oxumuş, müvafiq məsləhət və tövsiyələr
vermişlər. Əməyin mühafizəsinin təkmilləşdirilməsi, gənclər və qadınlar
arasında peşə təhsili sisteminin, işçilərin əmək hüquqlarının müdafiəsi məsələləri
mövzusunda təşkil edilən seminarlara ilk həmkarlar ittifaqı təşkilatı sədrləri,
fəalları da cəlb olunmuşdur.
Dekabrın 11-də Federasiyada müsabiqənin qaliblərinə -
“Carlsberq Azerbaijan” MMC-nin (direktor Byaçeslav Maltsev, HİK sədri Tural
Niftaliyev), “Azpetrol LTD” MMC “Sumqayıt 2” yanacaqdoldurma məntəqəsinin
(direktor Əlişir Quliyev, HİK sədri Sabir Məmmədov), “Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi Publik Hüquqi Şəxs”in 17
(direktor Neylüfər Kərimova, HİK sədri Zöhrab Əliyev), “Saloğlu” firmasının
Qazax filialının (direktor Zaur Əhmədov, HİK sədri Fuad İbrahimov) nümayəndələrinə
AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olundu.