AZ | RU | EN
AZ | EN | RU

"Sosial Bağlar" Layihəsinin ikinci mərhələsinə start verilib

28 Jun 2019

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığın davam etdirilməsinə dair memorandum imzalanıb.

Tədbirdə deyilib ki, dövlət başçısının təşəbbüsü ilə icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla 7267 nəfər cəlb edilib. Onlardan da 1000 nəfərini əlilliyi olan şəxslər, 1340 nəfərini məcburi köçkünlər, 1416 nəfərini qadınlar, 101 nəfərini cəzaçəkmə müəssisələrindən azad edilmiş vətəndaşlar və həssas kateqoriyadan olan digər şəxslər təşkil edib. Cari ildə bu proqrama 10 minədək, 2020-ci ildə isə 15 minədək ailənin cəlb olunması nəzərdə tutulub.
Bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın inkişafına fəal dəstək verildiyi vurğulanıb. Qeyd edilib ki, nazirliklə RİİB arasında imzalanmış memorandum çərçivəsində 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən (şəhid ailələri, əlilliyi olanlar, aztəminatlı ailələrin üzvləri və s.) 125 ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb. Həmin ailələrə sahələrin suvarılması, aqrotexniki qulluq, məsləhət xidmətlərinin göstərilməsi, logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də dəstək göstərilib. Müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün təlim kursları təşkil edilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev də iştirak edib.

ПОЛЕЗНЫЕ ССЫЛКИ