MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR
Qalib məktəblilərə diplom və mükafatlar təqdim olunub
Mayın 5-də “Gülüstan” Sarayında məktəblilər arasında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “ən yaxşı təqdimat” müsabiqəsinin
qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
ARDINI OXU
AHİK-də respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
2016-cı
il mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)
Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və
təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)» Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.
ARDINI OXU
Bakıda tələbə idmançıların idman bayramı keçirilib
Aprelin 29-da Əl Oyunları Sarayında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş ali təhsil
müəssisələri işçilərinin respublika spartakiadasının və ali məktəb tələbələri
arasında idmanın müxtəlif növləri üzrə respublika çempionatlarının final
mərhələsinin açılış mərasimi keçirilib.
ARDINI OXU
Əməkdaşlıq müqaviləsi imzalandı
Aprelin 26-da Türkiyə Dövlət
Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının və Təhsil İşçiləri Həmkarlar
İttifaqının sədri Ali Yalçının AHİK sədri,
millət vəkili, BHİK-in vitse-prezidenti Səttar Mehbalıyev ilə görüşü olub.
ARDINI OXU
AHİK-in nümayəndə heyəti Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclasında iştirak edib
2016-cı il aprelin 21-22-də Moskvada, Həmkarlar
İttifaqlarının Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK)
İcraiyyə Komitəsinin və Şurasının növbəti iclasları keçirilib. İclaslara
Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları
Federasiyasının sədri Mixail Şmakov sədrlik edib.
ARDINI OXU
Baş Kollektiv Saziş haqqında qərar imzalanıb
Azərbaycan
Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş
haqqında
ARDINI OXU
Beynəlxalq Əmək Konfransına hazırlıq
Aprelin 14-15-də
Portuqaliyanın Lissabon şəhərində Beynəlxalq Əmək Konfransına hazırlıq görüşü
keçirilib. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), Həmkarlar
İttifaqı İnsan Hüquqları Departamenti, Pan Avropa Regional Şurası və Fridrix
Ebert Fondu tərəfindən təşkil edilmiş tədbirin gündəliyinə bir neçə məsələ
çıxarılıb.
ARDINI OXU
Türkiyəli qonaqlar AHİK-də qəbul edildi
Aprelin 15-də Bakıda keçirilən Türkiyənin "Hak-İş"
Konfederasiyası İcraiyyə Komitəsi toplantısının iştirakçıları Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən qəbul edilib.
ARDINI OXU
AHİK-də Çernobıl qəzasının 30 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilib
2016-cı il aprelin 15-də Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasında «Çernobıl AES-də qəza nəticəsində radiasiyanın
təsirinə məruz qalmış Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin
gücləndirilməsi üzrə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər»
mövzusunda “Dəyirmi masa” keçirilib.
ARDINI OXU
Bakıda Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib
Aprelin 15-də Bakıda Türkiyənin "Hak-İş" Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
ARDINI OXU
Həmkarlar ittifaqı fəalları öz təcrübələrini bölüşdülər
Aprelin
12-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) xətti və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "İqtisadi
böhranın dərinləşməsi şəraitində həmkarlar ittifaqının fəaliyyəti və
perspektivləri" mövzusunda beynəlxalq seminar keçirilib.
ARDINI OXU
Dövlətlə xalqın sarsılmaz birliyinin təcəssümü
Bu gün Azərbaycan xalqında çox böyük ruh yüksəkliyi var. Hər kəs qürurla Azərbaycan Ordusunun qazandığı qələbədən danışır və fəxarət hissi yaşayır. İgid oğullarımızın qəhrəmanlığı, qazanılan qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi kimi dəyərləndirilərək xalq-dövlət birliyinin gücü, ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə edib.
ARDINI OXU